
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası 2026-cı il Dünya Çempionatı iştirakçıları üçün rekord məbləğdə – 727 milyon dollar mükafat fondunu təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Bu isə o deməkdir ki, qarşıdan gələn turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının mükafat fondu ilə müqayisədə 50% daha yüksək olacaq.
Mükafat Dünya Çempionatının final mərhələsində iştirak edən hər bir komandaya veriləcək.
Turnirin qalibi 50 milyon dollar, gümüş medalçı 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq.
Sonuncu yeri tutan (33-cü yerdən 48-ci yerə qədər) komandaların hər birinə isə 9 milyon dollar veriləcək.
Həmçinin, hər bir komandanın pul mükafatından əlavə, hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacağı bildirilib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz