Daha 34 azərbaycanlı Almaniyadan deportasiya olundu


“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17 dekabr 2025-ci il tarixində Azərbaycan vətəndaşı olan 34 nəfər Almaniyadan geri qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Miqrasiya Xidməti məlumat yayıb.
“Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”, - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top