NASA-ya yeni rəhbər təyin edildi


ABŞ Senatı milyarder Cared Ayzekmanı Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəhbəri vəzifəsinə təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı səsvermənin nəticələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Ayzekmanın namizədliyini 67 senator dəstəkləyib, 30 nəfər əleyhinə səs verib.
O, tezliklə NASA-nın yeni administratoru kimi and içəcək və NASA-nın müvəqqəti administratoru Şon Daffini əvəz edəcək.
42 yaşlı Cared Ayzekman aeronavtika üzrə bakalavr dərəcəsinə malikdir. Milyarder 2011-ci ildə ABŞ Silahlı Qüvvələri üçün pilotlar hazırlayan “Draken International” şirkətini təsis edib. Daha sonra o, səhmlərin əksəriyyətini “Blackstone” şirkətinə satıb.
Ayzekman 2024-cü ilin sentyabr ayında ilk kommersiya kosmik uçuşu olan “Polaris Dawn” missiyasında iştirak edib. Uçuş zamanı o, “Crew Dragon” kosmik gəmisinin kapitanı vəzifəsini icra edb. Bununl da, o, kosmosa çıxan ilk qeyri-peşəkar astronavt olub.

DİGƏR XƏBƏRLƏR

Top