Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi dünyasını dəyişib


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ötən gün – dekabrın 17-də dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, Müşfiq Mirmehdi oğlu Fəttayev ürəktutmasından vəfat edib.
O, Bakı Dövlət Universitetinin (BDU) nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi olub.
Bildirilir ki, Müşfiq Fəttayev 1991-ci ildə qəfil vəfat edən əmisinin adını daşıyırmış.
Qeyd edək ki, M.Mirəlioğlu 1991, 2009-cu illərdə ardıcıl olaraq oğulları Müşfiq və Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni itirib.

DİGƏR XƏBƏRLƏR

Top