
Fransanın PSJ klubu Braziliyanın “Flamenqo” klubunu məğlub edərək Qitələrarası Kubokun qalibi olub.
Yeniavaz.com xəbər verir ki, oyun Qətərdəki Əhməd bin Əli stadionunda keçirilib.
Əsas vaxt 1-1 hesabı ilə başa çatıb. PSJ hesabı 38-ci dəqiqədə Xviça Kvaratsxeliya ilə açıb.
Daha sonra “Flamenqo” 62-ci dəqiqədə Jorjinyonun penaltidən qolu sayəsində hesabı bərabərləşdirib.
Əlavə vaxtda da qol vurulmayıb. PSJ penalti seriyasında 2-1 hesabı ilə qalib gəlib. Rusiyalı qapıçı Matvey Safonov Paris klubunun qapısını qoruyub və penaltilər seriyasında dörd penaltini dəf edib. Bununla da o, futbol tarixində FIFA turnirində ardıcıl dörd penalti zərbəsini dəf edən ilk qapıçı olub. Bu, Dünya Kubokunda, Klublararası Dünya Kubokunda, Qitələrarası Kubokda, Konfederasiyalar Kubokunda və ya Dünya Gənclər Çempionatında heç vaxt baş verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz