
İstanbul Respublika Prokurorluğunun koordinasiya etdiyi narkotik istintaqı çərçivəsində bu gün səhər saatlarında saxlanılan bəzi məşhurlar sərbəst buraxılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında müğənni Aleyna Tilki, aktrisa İrem Sak və sosial media fenomeni Danla Bilicin də olduğu şübhəlilər Ədli Tibb Qurumunda aparılan əməliyyatlardan sonra sərbəst buraxılıblar.
Bildirilib ki, qan və saç nümunəsi toplama prosedurlarından sonra məşhurların ifadələri alınıb. Bunun ardınca onlar evə buraxılıb.
Ünvanlarında olmayan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü və xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli haqqında prokurorluq tərəfindən həbs qərarı çıxarılıb. Ümumilikdə 12 şübhəlinin adı hallanan iş üzrə məhkəmə prosesinin davam etdiyi bildirilib.
***09:57
Türkiyədə məşhur şəxslərə qarşı narkotik əməliyyatının növbəti mərhələsi keçirilib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, İstanbulda keçirilən əməliyyatla məşhur müğənni Aleyna Tilki, aktrisa İrem Sak, blogerlər Danla Bilic və Mümine Sena Yıldız saxlanılıb.
“Birgün” yazır ki, barələrində həbs qərarı çıxarılan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünü isə ünvanlarında tapmaq mümkün olmayıb.
İstanbul Baş Prokurorluğunun yaydığı rəsmi məlumata görə, adıçəkilən şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Tətbiqimizi yükləyə bilərsiniz