
Rusiya Ukraynaya dronlarla kütləvi hücum edib.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, gecə Rostov-na-Donu və yaxınlıqdakı Batayskda güclü partlayışlar eşidilib.
Qeyd olunur ki, istifadəçilər də sosial şəbəkələrdə dron hücumu barədə məlumat yayıblar.
Rostov vilayətinin qubernatoru Yuri Slusar şəhər limanında yük gəmisinin vurulduğunu təsdiqləyib.
“Rostov limanına hücum nəticəsində yük gəmisində yanğın başlayıb. Göyərtədəki iki heyət üzvü həlak olub, üç nəfər isə yaralanıb”, - deyə o bildirib.
Rostov meri Aleksandr Skryabin də hücumu təsdiqləyib və vurulanın neft tankeri olduğunu açıqlayıb:
“Dron hücumu nəticəsində zədələnmiş tankerdə baş verən yanğını söndürülür. Neft dağılmasının qarşısı alınıb”.
Bildirilir ki, sözügedən gəmi Valeri Qorçakovdur. Gəmi 1969-cu ildə quru yük gəmisi kimi inşa edilib. 2004-cü ildə quru yük gəmisindən bütün sinif neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş neft tankerinə çevrilib.
Rostovda yeni çoxmərtəbəli binalardan da ikisinin dron hücumu nəticəsində zədələndiyi bildirilir.
Batayskda isə hücum nəticəsində yeddi nəfər yaralanıb, bir nəfər ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz