
Ukrayna dronlarla Rusiyaya kütləvi hücum edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, gecə Rostov-na-Donu və yaxınlıqdakı Batayskda güclü partlayışlar eşidilib.
Qeyd olunur ki, istifadəçilər də sosial şəbəkələrdə dron hücumu barədə məlumat yayıblar.
Rostov vilayətinin qubernatoru Yuri Slusar şəhər limanında yük gəmisinin vurulduğunu təsdiqləyib.
“Rostov limanına hücum nəticəsində yük gəmisində yanğın başlayıb. Göyərtədəki iki heyət üzvü həlak olub, üç nəfər isə yaralanıb”, - deyə o bildirib.
Rostov meri Aleksandr Skryabin də hücumu təsdiqləyib və vurulanın neft tankeri olduğunu açıqlayıb:
“Dron hücumu nəticəsində zədələnmiş tankerdə baş verən yanğını söndürülür. Neft dağılmasının qarşısı alınıb”.
Bildirilir ki, sözügedən gəmi Valeri Qorçakovdur. Gəmi 1969-cu ildə quru yük gəmisi kimi inşa edilib. 2004-cü ildə quru yük gəmisindən bütün sinif neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş neft tankerinə çevrilib.
Tətbiqimizi yükləyə bilərsiniz