Ağdamda baş verən mina hadisəsi ilə bağlı – Rəsmi açıqlama


Xəbər verdiyimiz kimi, dekabrın 17-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı Minatəmizləmə Agentliyi (ANAMA), Baş Prokurorluq və DİN birgə məlumat yayıb.
Bildirilib ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
“Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!” – məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top