
“Amerikalı rejissor və aktyor Rob Raynerin oğlu Nik Rayner valideynlərini qəsdən öldürməkdə ittiham olunacaq”.
Yeniavaz.com “The New York Times”a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesin prokuroru Natan Hokman danışıb.
Hokmanın sözlərinə görə, ittihamlar birinci dərəcəli qətlin iki maddəsidir.
Prokuror əlavə edib ki, ittiham irəli sürüləcək, bundan sonra o, məhkəmə qarşısına çıxarılacaq.
Hokman əlavə edib ki, təqsirli bilinərsə, Nik Rayner şərti azadlığa buraxılma və ölüm cəzası olmadan ömürlük həbs cəzası ilə üzləşə bilər.
Xatırladaq ki, dekabrın 15-də Rob Rayner və həyat yoldaşı Mişel Los-Ancelesdəki evlərində ölü tapılıb. Hər ikisində bıçaq xəsarətləri nəticəsində kəsiklər olub. Yanğın səbəbindən meyitlərin tanınması çətinləşib.
Polis rəsmi olaraq cinayət barədə məlumat verməyib, lakin mənbələr mətbuata bildiriblər ki, hücum edən Nik ola bilər. Uzun illər narkomaniya ilə mübarizə aparan gənc həm də evsiz idi.
Tətbiqimizi yükləyə bilərsiniz