“İnter Mayami” Suareslə müqaviləni uzatdı


Uruqvaylı hücumçu Luis Suares “Inter Mayami” ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
38 yaşlı Suarez 2024-cü ildən “İnter Mayami”də çıxış edir. Klubla o, MLS-in müntəzəm mövsümünün (2024) və MLS Kubokunun (2025) qalibi olub. İki mövsüm ərzində Suares klub üçün bütün yarışlarda 42 qol vurub və bu, komandanın tarixində ikinci ən yüksək nəticədir (Lionel Messi 77 qolla liderdir).
Suares əvvəllər Uruqvayın “Nacional”, Braziliyanın “Qremio”, İspaniyanın “Barselona” və “Atletiko Madrid”, İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” və “Qroningen” klublarında çıxış edib. O, Niderland çempionu, 5 qat İspaniya çempionu, 4 dəfə İspaniya kubokunun qalibi və hərəyə bir dəfə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Kubokunun qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top