
Aİ-nin Gürcüstana maliyyə yardımını dayandırması 2026-cı ilə qədər uzana bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan üzvü Tomaş Zdeçovski “İzvestiya” danışıb.
Bildirilib ki, 2025-ci ilin hesabatından görünür ki, ölkəyə heç bir maliyyə yardımı göstərilməyib:
“Bu, Aİ-nin maliyyələşdirilməsinə tam son qoyulması demək deyil, lakin aydın siyasi dəyişiklik olmasa, gələn il dövlət səviyyəsində əhəmiyyətli maliyyənin ayrılması mümkün deyil. Aİ-nin Gürcüstana maliyyə ayırmasının dayandırılması demokratik prinsiplərə geri çəkilmə və qanunun aliliyinin pozulması ilə bağlı ciddi narahatlıqlarla bağlıdır”.
O hesab edir ki, Gürcüstan dərin siyasi böhran içindədir və insan haqlarının vəziyyəti 2024-cü il parlament seçkilərindən sonra xeyli pisləşib.
Xatırladaq ki, 2024-cü il noyabrın 28-də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilə qədər üzvlük danışıqlarının başlanması ilə bağlı Avropa İttifaqı ilə müzakirələri dayandırmaq və Aİ-nin bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin o zaman bildirib ki, Tbilisi Aİ-yə üzvlük öhdəliklərini yalnız öz büdcəsi hesabına yerinə yetirməkdə davam etmək niyyətindədir.
Tətbiqimizi yükləyə bilərsiniz