Rusiya Müdafiə Nazirliyi ilk dəfə müharibə xərclərini açıqladı


Dövlət büdcəsinin “xüsusi hərbi əməliyyatla birbaşa əlaqəli” xərcləri 2025-ci ildə Rusiyanın ÜDM-nin 5,1%-ni təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin kollegiya iclasında çıxışı zamanı ölkənin müdafiə naziri Andrey Belousov deyib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin 2025-ci il üçün proqnozlaşdırdığı ÜDM-in 217,3 trilyon rubl olacağını nəzərə alsaq, müharibə xərclərini 11,1 trilyon dollar həcmində qiymətləndirmək olar.
“Faridaily” nəşrinin məlumatına görə, Müdafiə Nazirliyi ilk dəfədir ki, müharibə xərclərini açıqlayır. Əvvəllər yalnız “Milli Müdafiə” kateqoriyası üzrə xərc məlumatları dərc olunurdu ki, bura təkcə cari xərclər deyil, həm də tikintiyə, yeni silahların hazırlanmasına və digər xərclərə investisiyalar daxildir.
2025-ci ildə “Milli Müdafiə” kateqoriyası üzrə ümumilikdə 13 trilyon rubl xərclənib. Bu, “Sosial siyasət” kateqoriyası (6,9 trilyon) və “Milli iqtisadiyyat” kateqoriyası (4,4 trilyon) üzrə birgə xərclərdən çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top