Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün əməkdaşlıq proqramı imzalayıblar


15–16 dekabr tarixlərində Parisdə Ermənistan və Fransa arasında müdafiə məsələləri üzrə ikitərəfli strateji məsləhətləşmələr keçirilib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Məsləhətləşmələr çərçivəsində Levon Ayvazyan Fransa Silahlı Qüvvələri Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya İdarəsinin yeni rəhbəri Qiyom Olanye ilə görüşüb, daha sonra general-leytenant Erik Patye ilə danışıqlar aparılıb. Görüşlər zamanı 2025-ci ildə görülən işlərin nəticələri dəyərləndirilib və növbəti il üçün əməkdaşlıq proqramları müəyyən edilib. Tərəflər müdafiə sahəsində əməkdaşlığa strateji və institusional xarakter verilməsinin vacibliyini vurğulayıblar. Məsləhətləşmələrin yekununda 2026-cı il üçün Ermənistan–Fransa müdafiə əməkdaşlığı proqramı imzalanıb və növbəti strateji görüşlərin İrəvanda keçirilməsi qərara alınıb.

DİGƏR XƏBƏRLƏR

Top