
“Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya danışıb.
Bildirilib ki, “Snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:
“Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir”.
***17:47
Son vaxtlar məktəblilər arasında “snus” adlanan, saqqıza bənzər və tərkibində tütün olan məhsulun istifadəsi artıb.
Yeniavaz.com İTV-yə istinadən xəbər verir ki, uşaqlar isə bu maddənin nədən ibarət olduğunu və orqanizmə hansı təsirləri göstərdiyini bilmədən ondan istifadə edirlər.
Şagirdlər İTV-yə açıqlamalarında bildiriblər ki, “snus”u alaraq məktəbdə çeynəyirlər.
“Bizim yaşadığımız ərazidə satılır, mən də almışam. Digər uşaqlar da bir neçə dəfə götürüblər. Ağızda tez əriyir, dadı xoş deyil. Hər mağazada olmur, əsasən köşklərdə satılır”, – deyə şagirdlər qeyd ediblər.
Daha ətraflı videomaterialda:
Tətbiqimizi yükləyə bilərsiniz