ABŞ-nin son sentləri 16,7 milyon dollara satıldı


ABŞ-də zərb edilmiş son bir sentliklər hərracda 16,76 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, satışı “Stack's Bowers Galleries” hərrac evi təşkil edib.
Satışa hər biri üç sikkədən ibarət olan 232 xüsusi dəst daxil olub.
Sikkələr simvolik olaraq “Filadelfiya senti”, “Denver senti” və “24 karatlıq qızıl sent” adlandırılıb. Digər tərəfdən, bütün sikkələrin üzərində “Ω” işarəsi olub ki, bu da bir sentliklərin 232 illik tarixinin sonunu ifadə edir.
Dəstlər arasında ən baha satılan 232-ci dəst olub. Bu dəst alıcısına 800 min dollara başa gəlib.
Qeyd edək ki, ilk ABŞ sentləri 1793-cü ildə Filadelfiyada peyda olub. İndi onlar tarixin əvəzsiz bir parçası və əsl kolleksiya əşyasıdır.
Xatırladaq ki, bir sentliyin zərb edilməsi onun nominal dəyərindən dörd dəfə baha başa gəldiyi onun istehsalı dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top