İpoteka Fondu “Maksimus”dan 69 milyon manatlıq mənzillər alır


İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması məqəsədi ilə keçirilən müsabiqənin qalibi “Maksimus” MMC (VÖEN – 2900010021) olub.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tenderin qalibi olan “Maksimus” MMC -yə 68 milyon 703 min 95 manat 90 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 100 manat olan “Maksimus” şirkəti Dövlət Vergi Xidmətinin reyester məlumatlarında MMC kimi deyi, MTK (Mənzil Tikinti Kooperativi) kimi qeydiyyatdadır. Şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Sumqayıt şəhəri, Bakı-Dərbənd Yolu, ev. Şimalı”da yerləşən MTK-nın qanuni təmsilçisi Gülməmmədov Qoşqar Əşrəf oğludur.
Onu da bildirək ki, İpoteka və Kredit Zəmanət Fondu bu ilin fevral ayında da “Maksimus” şirkətilə 17,8 milyon manatlıq müqavilə imzalayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top