Rusiyada da elektron siqaretlərin satışına məhdudiyyət qoyuldu


Rusiya Dövlət Duması ictimai nəqliyyat dayanacaqlarında tütün və nikotin tərkibli məhsulların, o cümlədən elektron siqaretlərin (veyp), qəlyanların və digər nikotin cihazlarının pərakəndə satışını qadağan edən qanunu qəbul edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, sənəd 17 dekabrda keçirilən plenar iclasda ikinci və üçüncü oxunuşlarda təsdiqlənib.
Qanuna əsasən, qadağa bütün şəhər və şəhərətrafı ictimai nəqliyyat növlərinə - avtobus, tramvay və digər dayanacaqlara şamil olunacaq. Dəyişikliklər 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.
Xatırladaq ki, Azərbaycanda da elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin qadağan olunması təklif edilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top