
Amerikanın texnologiya şirkəti “Amazon” “OpenAI” korporasiyasına təxminən 10 milyard dollar investisiya qoymaq üçün danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, müqavilə OpenAI-yə “Nvidia” və “Google” məhsulları ilə rəqabət apara biləcək “Trainium” çiplərindən istifadə etməyə imkan verəcək.
Agentlik hesab edir ki, “Amazon”dan əlavə maliyyələşdirmə daha böyük investorları cəlb edə bilər.
Agentliyin mənbəyinə görə, danışıqların nəticəsi hələlik bəlli deyil.
Qeyd edək ki, noyabrın 3-də “Amazon”un “Amazon Web Services” (AWS) bulud xidməti “OpenAI” ilə 38 milyard dollarlıq müqavilə imzalayıb. Nəticədə, “OpenAI” bu müqavilə ilə “Nvidia” çiplərinə çıxış imkanı əldə edib.
Tətbiqimizi yükləyə bilərsiniz