Azərbaycandan naməlum ölkələrə 2 milyon dollar dəyərində mal aparılıb


Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan 2 milyon 126,6 min dollar dəyərində müxtəlif mallar adı məlum olmayan ölkələrə aparılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dəyər baxımından naməlum ölkələrə ən çox təbii üzüm şərabları aparılıb.
Qeyd edək ki, bu ilin ilk 10 ayında naməlum ölkələrə 321 min dolar dəyərində üzüm şərabı, 200 min dollar dəyərində spirtli içkilər, 118,7 min dolar dəyərində elektron siqaretlər göndərilib.
Bunlardan başqa 142,3 min dollar dəyərində 80 kiloqram nərə balığının kürüsünün də hansı ölkəyə aparıldığını müəyyən etmək mümkün olmayıb. Həmçinin 127,5 min dollarlıq qara çayın və 14,3 min dollarlıq zəfəranın hansı ölkəyə aparıldığı bilinmir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top