
Əməkdar müəllim, tanınmış bədii qiraətçi Nadir Hüseynov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilir ki, 73 yaşlı Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qeyd edək ki, o, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.
Tətbiqimizi yükləyə bilərsiniz