
Avstraliyanın Yeni Cənubi Uels polisi Sidneydə insanlara hücum edən 24 yaşlı Navid Əkrəmə qarşı 59 maddə üzrə ittiham irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə polis idarəsinin açıqlamasında bildirilir.
Məlumata görə, bir ittiham terror aktı törətmək, 40 ittiham isə öldürmək niyyəti ilə bədən xəsarəti yetirmək, eləcə də binanın içində və ya yaxınlığında partlayıcı qurğu yerləşdirmək, ağır bədən xəsarəti yetirmək niyyəti ilə odlu silahdan istifadə etmək və terrorçu simvollarını ictimai yerdə nümayiş etdirmək maddələri ilə irəli sürülüb.
Xatırladaq ki, dekabrın 14-də iki nəfər Sidneydəki Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı atəş açıb. Son məlumatlara görə, terror aksiyası nəticəsində ən azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb. Mediada yayılan məlumatlara görə, hücum bir neçə ay əvvəl planlaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz