
Amerikanın “Consumer Reports” jurnalı ən etibarlı 5 avtomobil brendinin siyahısını hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, “Toyota” 66 ballıq etibarlılıq indeksi ilə birinci yeri tutub.
“Subaru” 63 balla ikinci, “Lexus” isə 60 balla üçüncü yerdə qərarlaşıb.
Beşliyə həmçinin “Honda” (59 bal) və BMW (58 bal) brendləri də daxil olub.
Yeni platforma və texnologiyaları fəal şəkildə tətbiq edən brendlər isə siyahının sonunda yer alıblar. Xüsusilə, “Jeep” (28 xal), “Ram” (26) və “Rivian” (24) siyahıda son üç yeri tutub.
Tətbiqimizi yükləyə bilərsiniz