Arktikada temperatur rekord həddə çatdı


2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər Arktikada 1900-cü ildən bəri rekord həddə istilik qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin (NOAA) hesabatında öz əksini tapıb.  
Alimlər hava və suyun temperaturunun yüksəlməsinin buzlaqların intensiv əriməsinə səbəb olduğunu və bunun da Arktika mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu müəyyən ediblər.
Onların sözlərinə görə, dəniz səviyyəsinin yüksəlməsi sürüşmə və sunami təhlükəsinin artmasına səbəb olub.
Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularının çirklənməsinə, həmçinin, Çukot və Berinq dənizlərindəki bəzi fauna növlərinin təhlükə altına qalmasına səbəb olub.
İdarənin hesabatında qeyd olunur ki, son onillik Arktika üçün ən isti onillik olub.

DİGƏR XƏBƏRLƏR

Top