
Los-Anceles prokurorları Nik Reyneri valideynləri, Hollivud rejissoru Rob Reyner və həyat yoldaşı Mişelin qətlində günahlandırırlar.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, prokuror Neytan Hoxmanın Nik Reynerin iki birinci dərəcəli qətldə ittiham olunduğunu bildirib.
Onun sözlərinə görə, rejissorun oğlunun təqsiri sübut olunarsa, o, şərti azadlığa buraxılmadan və ya ölüm cəzasından azad edilmədən ömürlük həbs cəzasına məhkum edilə bilər.
Hoxman bildirib ki, tibbi müayinədən keçdikdən sonra rəsmi olaraq ittihamlarla üzləşmək və günahını boynuna almaq üçün Reyner məhkəməyə gətiriləcək.
Qeyd edək ki, ittihamlar cütlüyün Kaliforniyanın Brentvud şəhərindəki evlərində çoxsaylı bıçaq yaraları ilə ölü tapılmasından iki gün sonra irəli sürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz