ABŞ daha yeddi ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etdi


ABŞ Prezidenti Donald Tramp 2026-cı il yanvarın 1-dən etibarən əlavə yeddi ölkə vətəndaşlarının ABŞ-yə girişinə tamamilə qadağa qoyub.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam Ağ Evin saytında dərc edilib.
Sənədə əsasən Tramp Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşları üçün ABŞ-yə giriş qadağasını qüvvədə saxlayıb.
Bundan əlavə, Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarına da tam giriş qadağası qoyulub.
Sərəncam həmçinin Fələstin Muxtariyyətinin sənədləri ilə səyahət edən şəxslərin ABŞ-yə girişini qadağan edir və məhdudlaşdırır.
Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone vətəndaşlarına da tam giriş qadağası qoyulub.
Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa Krallığı, Zambiya və Zimbabve vətəndaşlarına qismən giriş məhdudiyyətləri tətbiq edilib. Lakin, Türkmənistan üçün məhdudiyyətlər qismən yumşaldılıb və ABŞ artıq bu ölkə vətəndaşlarının qeyri-immiqrasiya vizaları ilə girişinə icazə verib.
Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, məhdudiyyətlər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top