2025-ci ilin ən yaxşı məşqçisi seçildi


“Paris Saint-Germain” klubunun baş məşqçisi Luis Enrike FİFA tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.
Yeniavaz.com
xəbər verir ki, ispan ilə yanaşı, mükafata digər namizədlər arasında Hans-Diter Flik (“Barselona”), Enzo Mareska (“Çelsi”), Mikel Arteta (“Arsenal”), Arne Slot (“Liverpul”), Roberto Martinez (Portuqaliya millisi) və Xavyer Agirre (Meksika millisi) olub.
Qeyd edək ki, ötən mövsüm Enrikenin rəhbərliyi altında PSJ Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub. Fransa nəhəngi klublararası dünya çempionatının da finalına çıxıb və UEFA Superkubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top