
“İlon Mask 2026-cı il Nümayəndələr Palatasına və Senata aralıq seçkiləri öncəsi Respublikaçılar Partiyasının kampaniyalarını maliyyələşdirməyə başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb.
Portal qeyd edir ki, bu, Maskın ABŞ Prezidenti Donald Trampla münaqişəsindən sonra münasibətlərinin istiləşməsindən xəbər verir.
Nəşrin mənbələrinə görə, Mask bu yaxınlarda 2026-cı il Konqres yarışında respublikaçılara kömək etmək üçün böyük məbləğlər bağışlayıb və 2026-cı il seçki dövrü boyunca töhfə verməyə davam edəcəyini bildirib. Dəqiq ianə məbləğləri gələn ay kampaniyanın maliyyə hesabatları dərc edildikdən sonra açıqlanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz