Ermənistanda hərbi xidmət müddəti azaldıldı


Ermənistan parlamenti məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, 65 deputat lehinə, 4 nəfər əleyhinə (“Mənim namusum var” fraksiyası), 20 deputat bitərəf (“Ermənistan” fraksiyası) səs verib.
Xidmət stajının qısaldılması təklifi ilk dəfə sentyabr ayında Ermənistan Müdafiə Nazirliyi tərəfindən irəli sürülüb. Çağırışçıların sayındakı azalmanın müqavilə xidmətinin genişləndirilməsi hesabına ödənilməsi planlaşdırılır.
Dəyişiklik 2026-cı ilin yanvarında xidmətə başlayan yeni əsgərlərə şamil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top