
İtaliyalı futbolçu Canluici Donnarumma FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Donnarumma ötən mövsüm “Paris Saint-Germain” ilə Çempionlar Liqası, Fransa Liqası və Fransa Kubokunun qalibi olub. O, Çempionlar Liqasında 17 matçın 15-ndə çıxış edib, altı qapını təmiz saxlayıb. O, həmçinin Fransa liqasında 24 oyun keçirib və turnirin ən yaxşı qapıçısı seçilib. Sentyabrda o, “Mançester Siti”yə keçib. Mükafat üçün digər namizədlər arasında braziliyalı Alisson (“Liverpul”), belçikalı Tibo Kurtua (“Real Madrid”), argentinalı Emilian Martines (“Aston Villa”), alman Manuel Noyer (“Bavariya”), ispaniyalı David Raya (“Arsenal”), isveçrəli Yann Sommer (“İnter”) və polşalı Voyçex Şeç (“Barselona”) da olub.
Tətbiqimizi yükləyə bilərsiniz