43 nəfər Gürcüstandan deportasiya edildi – Azərbaycanlılar da var


Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son bir neçə gün ərzində 43 qanunsuz miqrantı deportasiya edib.
Yeniavaz.com
“Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.  
Məlumata görə, Gürcüstandan deportasiya olunanlar Azərbaycan, Banqladeş, Rusiya, Hindistan, İran, Türkiyə, Türkmənistan, Pakistan, Misir, Efiopiya, İordaniya və Tacikistan vətəndaşları olub.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilmiş şəxslərin ölkəyə girişi qadağan edilib.
Nazirliyin məlumatına görə, ilin əvvəlindən bəri ölkədən 1100-dən çox qanunsuz miqrant deportasiya edilib.
Qeyd edək ki, xarici vətəndaşların deportasiyası ilə bağlı qərarlar həm Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti, həm də məhkəmələr tərəfindən qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top