
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis şam yeməyindən qayıdarkən yol polisi tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla bildirib ki, yol polisi Mitsotakisi alkoqol testindən keçirib.
Alkoqol testi nəticəsində baş nazirin sərxoş olmadığı müəyyən edilib.
Məlumata görə, onunla birlikdə səhiyyə naziri Mixalis Xrisoxoidis də olub.
Mitsotakis ərazini tərk etməzdən əvvəl yol polisi əməkdaşları ilə söhbət edib və xatirə şəkli çəkdirib.
Hadisə yerindən çəkilmiş görüntülər Yunanıstan mediasında geniş işıqlandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz