
Qarabağı könüllü tərk etmiş 26 min 233 nəfər Ermənistan vətəndaşlığı alıb.
Yenavaz.com ”Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Babken Tunyanın sualını şərh edərkən bildirib.
Onun sözlərinə görə, daha 6 min 696 nəfər vətəndaşlıq üçün müraciət edib və onların müraciətləri baxılma mərhələsindədir.
“Bu günə qədər 26 min 233 nəfər vətəndaşlıq alıb, onlardan 16 min 919-u yetkin, 9 min 314-ü isə yetkinlik yaşına çatmayandır. Vətəndaşlıq üçün müraciət edən və ərizələri hələ də işlənmə mərhələsində olanların sayı 6 min 696-dır”, - Xaçatryan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz