
Rusiyada yeniyetmə Moskva vilayətinin Odintsovo şəhərində məktəbə bıçaqla hücum edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, Qorki-2 kəndindəki məktəbə hücum edən 15 yaşlı yeniyetmə mühafizəçini və bir şagirdi bıçaqlayıb.
İstintaq Komitəsi əlavə edib ki, uşaq aldığı xəsarət nəticəsində ölüb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi şübhəlinin saxlanıldığını və istintaq orqanlarına aparıldığını bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücum edən şəxs Moskva vilayətinin Qorki-2 kəndindəki Uspenskaya orta məktəbinin doqquzuncu sinif şagirdidir.
Agentliyin məlumatına görə, uşaqlar məktəbdən təxliyə edilib.

Hadisə yerinə təcili yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Digər tərəfdən, cənayəti törədən şagirdin məktəbdə törətdiyi cinayəti videoya çəkdiyi və “Teleqram” kanalına yüklədiyi bildirilib.

Şübhəliyə qarşı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsi ilə iş açılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin sosial media hesablarını araşdırır və hadisənin motivini müəyyən etməyə çalışır.
Tətbiqimizi yükləyə bilərsiniz