Gürcüstana ən çox hansı ölkələrdən pul köçürülüb? – ABŞ və İtaliya liderdir


Bu ilin noyabr ayında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi 298,39 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bildirilir ki, pul köçürmələri 2024-cü ilin noyabr ayı ilə müqayisədə 11,9% çoxdur.
Hesabat dövründə ən çox ABŞ-dən Gürcüstana pul köçürülüb. Bu ölkədən daxil olan köçürmələrin həcmi 58 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 16% artım deməkdir.
İkinci yerdə İtaliya qərarlaşıb. Bu ölkədən Gürcüstana 50 milyon dollar həcmində vəsait köçürülüb, artım tempi isə 11% olub.
Rusiya isə 38 milyon dollar göstərici ilə üçüncü yerdədir. Rusiyadan gələn pul köçürmələri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29% artıb.
Ümumilikdə, 2025-ci ilin noyabr ayında Gürcüstana pul köçürmələri əsasən Avropa və Şimali Amerika ölkələrindən daxil olub. Bəzi ölkələr üzrə azalma da qeydə alınıb.
Bu ilin noyabr ayında Gürcüstana pul köçürülən əsas ölkələr və ötən ilin eyni dövrü ilə müqayisədə fərq:
ABŞ – 58 milyon dollar (+16%);
İtaliya – 50 milyon dollar (+11%);
Rusiya – 38 milyon dollar (+29%);
Almaniya – 27 milyon dollar (+16%);
Yunanıstan – 25 milyon dollar (+15%);
İsrail – 24 milyon dollar (+10%);
Türkiyə – 9 milyon dollar (+10%);
İspaniya – 8 milyon dollar (+39%);
Qazaxıstan – 6 milyon dollar (−22%);
İrlandiya – 6 milyon dollar (+4%).


Məlumat üçün bildirək ki, dünən Azərbaycan Mərkəzi Bankı da bu ilin ilk 9 ayı ərzində xaricdən Azərbaycana köçürülən pullar barədə məlumat yayıb.
Həmin məlumatla bu keçid vasitəsi ilə tanış ola bilərsiz:

Rusiyadan Azərbaycana göndərilən pullar azalıb – Ölkələrin siyahısı

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top