
Avropa İttifaqı (Aİ) son 18 ay ərzində Brüsselin “kölgə donanması” adlandırdığı Rusiya neftini daşıyan təxminən 550 tankeri qara siyahıya alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Mətndə qeyd olunur ki, son 18 ay ərzində Aİ 550 tankerə sanksiya tətbiq edərək, onların limanlarına daxil olmasını və maliyyə xidmətlərindən istifadə etməsini qadağan edib.
Bu rəqəmə Aİ Şurasının 15 dekabrda sanksiya siyahısına saldığı 40 tanker də daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz