Kamboca ilə döyüşdə ölən Tailand hərbçilərinin sayı 17-yə çatdı


Kamboca ilə sərhəd münaqişəsində həlak olan Tailand hərbçilərinin sayı 17-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Matchon” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 15 dekabrda davam edən döyüşlərdən sonra bir Tailand zabiti öldürülüb.
Qeyd edək ki, kiçik silahlarla toqquşmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tailand qoşunları Kamboca qoşunlarının sərhəd bölgəsindəki mövqelərini atəşə tutmağa başladığını bildirib. Buna cavab olaraq, Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edib. Kamboca bu münaqişə zamanı hər hansı itki barədə məlumat verməsə də, Tailandın məlumatına görə, toqquşmalarda 200-dən çox Kamboca hərbçisi həlak olub.
Xatırladaq ki, bundan əvvəl Kambocanın informasiya naziri Net Pxeaktra 12 mülki şəxsin ölümü barədə məlumat vermiş, daha sonra ölənlərin sayının 15-ə çatdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top