İranda avtobus aşdı – 13 nəfər öldü


İranda İsfahan-Nətənz marşrutu üzrə hərəkət edən avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İsfahan əyalətinin böhran vəziyyətlərinin idarə edilməsi üzrə baş direktoru Mənsur Şişeforoş hadisə yerinə təcili yardım, Qızıl Aypara Cəmiyyəti, yol polisi və yanğınsöndürmə əməkdaşlarının göndərildiyini bildirib.
“Hazırda hadisə yerində yaralılara tibbi yardım göstərilir. Xilasetmə qrupları hadisə yerindədir və yardım işləri davam edir”, - o qeyd edib.


DİGƏR XƏBƏRLƏR

Top