Sərvəti 600 milyard dolları keçən ilk insan oldu


Amerikalı milyarder İlon Mask sərvəti 600 milyard dolları keçən ilk insan olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, sərvətdəki bu təsirli artım, onun kosmik inkişaf sahəsində ixtisaslaşmış “SpaceX” şirkətinin yenidən qiymətləndirilməsi ilə əlaqədardır.
Tender təklifinin elan edilməsindən sonra şirkətin dəyəri 400 milyard dollardan 800 milyard dollara yüksəlib. “Forbes” “SpaceX” səhmlərinin təxminən 42%-nə sahib olan Maskın xalis sərvətindəki artımı 168 milyard dollar olaraq qiymətləndirib. Bununla da, onun ümumi xalis sərvəti 677 milyard dollara çatıb.
Qeyd edək ki, Mask oktyabr ayında da rekorda imza atmış və sərvəti 500 milyard dolları keçən ilk şəxs olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top