Abbas Abbasov “Ramiz Mehdiyev işi” üzrə axtarışa verildi – KİV


Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun “Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, o, ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən 2006-cı ilədək baş nazirin birinci müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R. Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top