“Ərazilər üzrə mövqelər hələ də fərqlidir” − Zelenski


“Rusiya və Ukrayna arasında sülh sazişi çərçivəsində ərazilərin bölünməsi ilə bağlı Kiyev və Vaşinqtonun mövqeləri hələ də fərqlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merzlə Amerika nümayəndə heyəti ilə danışıqdan sonra birgə mətbuat konfransında deyib.
Ukrayna liderinin sözlərinə görə, sülh planı çərçivəsində müzakirə olunan məsələlərin heç də hamısı sadə deyil, xüsusən də ərazilərlə bağlı. Zelenski bu məsələni Ukrayna üçün “fundamental və ağrılı” adlandırıb:
“Ərazilərlə bağlı kifayət qədər dialoq olub. İnanıram ki, bizim hələ də fərqli mövqelərimiz var. Amma düşünürəm ki, həmkarlarım mənim şəxsi mövqeyimi eşidiblər”.
Ukrayna prezidenti əlavə edib ki, danışıqların bütün iştirakçıları müharibəni sona yaxınlaşdıracaq Ukraynaya hörmət edən həll yolları tapmaq üçün məhsuldar işləməyə hazırdırlar.
ABŞ nümayəndə heyətinin Ukraynadan Rusiyanın xeyrinə ərazi güzəştləri tələb edib-etməməsi ilə bağlı sualı cavablandıran Zelenski deyib:
“ABŞ-nin bizdən nə isə tələb etdiyini düşünmürəm. Mən ABŞ-ni strateji tərəfdaşımız kimi görürəm. Ona görə də mən bunu belə ifadə edərdim: biz ABŞ-dan Rusiyanın baxışı və ya Rusiyanın tələbləri ilə ərazi məsələsini eşitdik. Biz bunları Rusiya Federasiyasının tələbləri kimi qəbul edirik”.

DİGƏR XƏBƏRLƏR

Top