
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo məşhur “Sürətli və Qəzəbli” (“Forsaj”, “Fast & Furious”) franşizasının final filmində oynaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fast & Furious” franşizasının əsas aktyorlarından və prodüserlərindən biri Vin Dizel məlumat verib.
O, artıq filmdə futbolçu üçün rolun yazıldığını iddia edib. Aktyor əlavə məlumat verməyib.
Franşizanın son hissəsi olan “Sürətli və Qəzəbli 11”in (2-ci hissə) 2027-ci ildə buraxılması planlaşdırılır. O, təxminən otuz il davam edən françayzanı yekunlaşdırmaq üçün nəzərdə tutulub: ilk “Sürətli və Qəzəbli” filmi 2001-ci ildə buraxılıb. Cəmi 11 uzun metrajlı film, eləcə də televiziya seriyası buraxılıb. Filmlər 7,3 milyard dollardan çox gəlir əldə edib.
Tətbiqimizi yükləyə bilərsiniz