Türkiyə hərbçiləri Qara dəniz üzərində uçan naməlum PUA-nı vurdu


Türkiyə hərbçiləri Qara dəniz üzərində Türkiyə hava məkanına doğru uçan naməlum pilotsuz təyyarəni vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, hərbçilər Türkiyə hava məkanına yaxınlaşan təyyarənin izini aşkar ediblər. Əvvəlcə ona nəzarət edildi, lakin sonda onun vurulması barədə qərar verildi:
“Hava məkanının təhlükəsizliyini təmin etmək üçün NATO və milli komandanlıq nəzarəti altında olan F-16 döyüş təyyarələrinə döyüş cavabı tapşırılıb. Hava hədəfinin nəzarətdən çıxmış pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyən edilib. Hər hansı potensial mənfi nəticələrin qarşısını almaq üçün o, yaşayış ərazilərdən kənarda təhlükəsiz ərazidə nişanlanıb və vurulub”.
Pilotsuz uçuş aparatın mülki və ya hərbi xarakterli olması da bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top