
Məşhur amerikalı rejissor və aktyor Rob Rayner və həyat yoldaşı Mişel Singer Raynerin bazar günü Los-Ancelesdəki evlərində ölü tapıldığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, polislər bazar günü günorta saatlarında Brentvud məhəlləsindəki malikanəyə gəliblər və orada bıçaq yaraları olan kişi və qadın tapıblar. Los Anceles Yanğın Departamentinin rəsmiləri bildiriblər ki, evin içərisində Rob Rayner və onun həyat yoldaşının yaşlarına uyğun gələn 78 yaşlı kişi və 68 yaşlı qadının cəsədləri tapılıb.
Ölənlərin adları hələ rəsmi olaraq açıqlanmasa da, mənbələr onların Rayner və həyat yoldaşı olduğunu bildirir. Mülkiyyət qeydləri evin cütlüyə aid olduğunu göstərir.
Xatırladaq ki, Rob Rayner və Mişel Singer Rayner 1989-cu ildə evləniblər. Onların üç övladı var - Ceyk, Nik və Romi.
Rob Reyner əfsanəvi komediya ustası Karl Reynerin oğludur. O, 1970-ci illərdə Emmi Mükafatını qazandığı “All in the Family” kult televiziya serialında Maykl “Meathead” Stivik roluna görə geniş tanınıb.
Rayner, “Stand by Me”, “Misery”, “When Harry Met Sally” və “The American President” kimi məşhur filmlərin rejissoru olub.
Tətbiqimizi yükləyə bilərsiniz