Vüqar Əhməd saxlanılıb? − Yenilənib


Şair Vüqar Əhməd barəsində çıxan xəbəri təkzib edib. 
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Qafqazinfo”ya açıqlama verib. 
“Yalan məlumatdır. Heç bir qurum tərəfindən saxlanılmamışam. Bu gün xəstə olmuşam, telefonu aça bilməmişəm”, - şair deyib. 


***19:09
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.
Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib:
“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top