
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbulun “Beşiktaş” klubu alman qolkiperlə maraqlanır və artıq 33 yaşlı futbolçu üçün kataloniyalılara rəsmi icarə təklifi də edib.
Bununla belə, ter Stegenin daha az prestijli bir liqa üçün İspaniya La Liqasını tərk etmək istəmədiyi bildirilir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ilin yayından “Barselona”dadır. Onun Kataloniya nəhəngi ilə hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonuna qədərdir. “Transfermarkt” alman qolkiperin transfer dəyərini 7 milyon avro qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz