
Bu ilin ilk 3 rübü ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 4 miyard 736,1 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% və ya 213,5 milyon dollar artıb.
Bu ilin ilk 3 rübü ərzində birbaşa xarici investisiyaların 26,2%-i və ya 1 milyard 243,1 milyon dolları Böyük Britaniyanın payına düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr bunlar olub:
Böyük Britaniya – 26,2% (1 milyard 243,1 milyon dollar);
Türkiyə – 19,3% (911,9 milyon dollar);
Kipr – 11,5% (543 milyon dollar);
İsveçrə – 6% (284 milyon dollar);
İran – 5,7% (271,8 milyon dollar);
Macarıstan – 5,5% (260,6 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 5,4% (257,7 milyon dollar);
Rusiya – 3,8% (181,2 milyon dollar);
Yaponiya – 3,6% (172,1 milyon dollar);
ABŞ – 2,8% (133,2 milyon dollar);
Fransa – 2% (94,4 milyon dollar);
Gürcüstan – 1,6% (74,4 milyon dollar);
Hindistan – 0,8% (39 milyon dollar);
İsveç – 0,6% (29,7 milyon dollar);
Almaniya – 0,5% (23,3 milyon dollar);
Avstriya – 0,5% (21,8 milyon dollar);
Finlandiya – 0,4% (21,2 milyon dollar);
Çin – 0,4% (19,1 milyon dollar);
Niderland – 0,4% (17,3 milyon dollar);
Qazaxıstan – 0,4% (17,2 milyon dollar);
Qırğızıstan – 0,3% (13 milyon dollar);
Lüksemburq – 0,2% (7,5 milyon dollar);
Serbiya – 0,1% (6,2 milyon dollar);
Latviya – 0,1% (5,8 milyon dollar);
Asiya İnkişaf Bankı – 0,1% (5,5 milyon dollar);
Belarus – 0,1% (4,7 milyon dollar);
Beynəlxalq Maliyyə Korporasiyası – 0,1% (4,5 milyon dollar);
Monako – 0,1% (3,5 milyon dollar);
Norveç – 0,1% (3 milyon dollar);
Digər dövlətlər – 1,4% (66,3 milyon dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz