Azərbaycan Rusiyadan 62, Qazaxıstandan isə 73 dollara neft alıb


Bu ilin oktyabr ayında Azərbaycan xarici ölkələrdən ümumi dəyəri 204,8 milyon dollar olan 452,1 min ton xam neft alıb.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan xam neftin 96%-i və ya 433,9 min tonu Rusiyanın payına düşüb.
Qeyd edək ki, oktyabr ayında Azərbaycanın Rusiyadan idxal etdiyi xam neftin 1 tonunun orta gömrük dəyəri 453 dollar (1 bareli 62 dollar) olub.
Onu da bildirək ki, oktyabr ayında Azərbaycan Rusiyadan başqa Qazaxıstandan da neft idxal edib. Bu ölkədən idxal olunan neftin miqdarı isə 18,2 min ton olub. Qazaxıstandan Azərbaycana gətirilən xam neftin 1 tonunun orta gömrük dəyəri 533 dollar (1 bareli 73 dollar) olub.
Müqayisə üçün bildirək ki, Azərbaycan bu ilin oktyabr ayında xarici ölkələrə 3,76 milyard dollar dəyərində 1,9 milyon ton xam neft ixrac edib. İxrac olunan xam neftin 1 tonunun orta gömrük dəyəri 508 dollar (1 bareli 69 dollar) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top