“Qaziantep” Burak Yılmazla yollarını ayırdı


Türkiyənin “Qaziantep” klubu baş məşqçisi Burak Yılmazla yollarını ayırıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, Antep təmsilçisi gənc məşqçinin istefasını rəsmi olaraq elan edib.
Burak Yılmaz iki həftə sonra komandadan ayrılacağını bildirsə də, o, dünən “Qaziantep”in “Göztepe”yə 1-0 hesabı ilə məğlub olmasından sonra bu gün istefa vermək qərarına gəlib.
“Dünən iki həftə sonra vəzifəsindən ayrılacağını bildirən baş məşqçimiz Burak Yılmaz bu gün ayrılmaq üçün ən doğru vaxt olduğunu bildirdi və istefa verdi. Baş məşqçimiz Burak Yılmaza komandadakı işlərinə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq”, - klubdan bildirilib.
Qeyd edək ki, Burak Yılmaz dünənki açıqlamasında “Qaziantep”ə gələndə komandanın heç bir xalı olmadığını, bir qol belə vurmadığını və aşağı liqaya düşdüyünü xatırlatmış, artıq 23 xalı olan bir komanda qurduqlarını və Avropa liqasında oynamaq arzusunda olduqlarını qeyd etmişdi.
Burak Yılmaz həmçinin, azarkeşlərin reaksiyasından danışaraq kluba ünvanlanan təhqirləri qəbul etmədiyini bildirmişdi.
Xatırladaq ki, Burak Yılmaz “Qaziantep”lə 16 oyun keçirib, 8 qələbə, 5 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top