Azərbaycanın Suriyaya təbii qazı neçəyə satdığı məlum oldu


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 7 milyard 417,8 milyon dollar olan 20 milyard 648,8 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com
xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 359 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 7 ölkəyə satıb. Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 7 903 milyon kubmetr (491 dollar);
Türkiyə – 8 171 milyon kubmetr (271 dollar);
Gürcüstan – 1 890 milyon kubmetr (105 dollar);
Bolqarıstan – 1 589 milyon kubmetr (363 dollar);
Yunanıstan – 753 milyon kubmetr (522 dollar);
Serbiya – 189 milyon kubmetr (555 dollar);
Suriya – 153 milyon kubmetr (343 dollar).


Məlumat üçün bildirək ki, Suriyaya təbii qaz ilk dəfə bu ilin oktyabr ayında ixrac olunub.
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər, həmçinin bu il Rusiya və Türkmənistandan təbii qaz idxal edib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkmənistandan 230,9 milyon kubmetr, Rusiyadan isə 21,2 milyon kubmetr təbii qaz alıb. Türkmənistandan alınan qazın 1000 kubmetrinin gömrük dəyəri 152 dollar, Rusiyadan alınan qazın 1000 kub metrinin gömrük dəyəri isə 185 dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top